Əsas Səhifə > Güney Press > Emin Milli Şuşa Media Forumuna qatılıb
Emin Milli Şuşa Media Forumuna qatılıbBu gün, 09:11 |
Xəbər verdiyimiz kimi, Şuşada Qlobal Media Forumu keçirilib. Gununsesi.info-nun xəbərinə görə, ölkə başçısı İlham Əliyevin də qatıldığı forumda dünyanın bir sıra ölkələrinin media təmsilçiləri iştirak edib. Hazırda Almaniyada yaşayan Meydan TV-nin qurucusu, keçmiş siyasi məhbus Emin Millinin də foruma qatılması sosial şəbəkələrdə maraqla qarşılanıb. Sosial şəbəkələrdə keçmiş həmkarları Emin Millinin foruma qatılmasına müxtəlif mövqelər sərgiləyib. Maraqlıdır ki, onun özü bu haqda hər hansı açıqlama verməyib. Geri qayıt |