Əsas Səhifə > Güney Press > Avropa bu erməninin ƏL-QOLUNU BAĞLADI
Avropa bu erməninin ƏL-QOLUNU BAĞLADIDünən, 13:00 |
Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı qəbul etdiyi 18-ci sanksiyalar paketində bir çox məşhur şəxsin adı “qara siyahı”ya salınıb. Globalinfo.az xəbər verir ki, onlardan biri də erməni əsilli rusiyalı məşhur rejissor Karen Şahnazarovdur. Onun adı Aİ-nin Rusiyanın iş adamları və tanınmışlarının olduğu siyahıda yer alıb. Qeyd edək ki, 18-ci paketə həmçinin Rusiya neftini daşıyan tankerlərə qarşı, həmçinin bir sıra banklara məhdudiyyətlər, eləcə də ikili təyinatlı mal və texnologiyalara yeni ixrac məhdudiyyətləri daxildir. Geri qayıt |