Əsas Səhifə > Güney Press > Xəstəxanada çəkilən video haqda detallar məlum oldu
Xəstəxanada çəkilən video haqda detallar məlum olduDünən, 11:17 |
Beyləqanda həkimi şantaj etməklə pul tələb edən şəxslər cinayət məsuliyyətinə cəlb ediliblər.
Aparılmış araşdırmalarla bir sıra şəxslərin qanunsuz hərəkətləri müəyyən olunduğundan fakta görə cinayət işi başlanıb. Müəyyən edilib ki, Mehriban Nemətli tanışı Çinarə Nəsirli ilə cinayət əlaqəsinə girərək Fəxrəddin Quliyevlə aralarında 1 ildən artıq olan pul qarşılığında münasibətləri əks etdirən görüntülərin xidməti otaqda gizli çəkilişini aparıblar. Tərəflər həmin görüntüləri F.Quliyevin oğlu, həkim-stomotoloq olan Fuad Quliyevə və digər şəxslərə ötürməklə sosial şəbəkələrdə yayacağı hədəsi ilə pul tələb ediblər.
Hazırda Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etmə, pornoqrafik materialların yayılması maddələri ilə başlanan cinayət işi üzrə Mehriban Nemətli, Çinarə Nəsirli, Fuad Quliyev istintaqa cəlb ediliblər.
Geri qayıt |