Əsas Səhifə > Güney Press > Azərbaycanda 9 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri
Azərbaycanda 9 avtobus marşrutu üzrə müsabiqələrin qalibləriDünən, 17:48 |
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) 9 avtobus marşrutu üzrə müsabiqələrin qaliblərini müəyyən edib. "DİA-AZ" bu barədə AYNA-ya istinadən xəbər verir. Məlumata görə, sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq şəhərlərarası avtobus marşrutları üzrə müsabiqələrin qalibləri aşağıdakı kimi müəyyən olunub: “Bakı-Gəncə” marşrutu üzrə hüquqi şəxs "Uğurlu Yol" MMC; Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır. Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” qanuna, Nazirlər Kabinetinin 3 aprel 2009-cu il tarixli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur. Geri qayıt |