Əsas Səhifə > Güney Press > Fransanın bu şəhəri “Stalinqrad” adından imtina edir:
Fransanın bu şəhəri “Stalinqrad” adından imtina edir:Bu gün, 11:02 |
Fransanın Drap şəhərində Stalinqrad bulvarının adının Rive du Pavillon bulvarına dəyişdirilməsi sakinlər və siyasətçilər arasında hiddət dalğasına səbəb olub. Publika.az xəbər verir ki, bu barədə Fransanın “Nitsa-Matin” qəzeti yazıb. Kommunist Partiyasının yerli təşkilatı bu qərarı kəskin şəkildə pisləyib və xatırladıb ki, “Stalinqrad” adı təkcə nasizm üzərində tarixi qələbəni deyil, həm də İkinci Dünya Müharibəsində köklü dönüş nöqtəsini simvollaşdırır. "Stalinqraddan istifadə təkcə kommunizmə məhəbbətin nümayişi deyil. Bu, həm də nasistlər üzərində ilk böyük qələbədir", - yerli Kommunist Partiyasının keçmiş katibi Filip Pelleqrini deyib. Merin müavini Alexandra Russo cavab verib ki, Fransa yalnız tarixinə birbaşa təsir edən hadisələrə hörmət etməlidir və Stalinqrad döyüşünün ölkə üçün əhəmiyyətini şübhə altına almalıdır. Bu arada adların dəyişdirilməsi ünvan dəyişikliyi ilə əlaqədar sənədlərini dəyişməli olacaq 50-100 sakin üçün narahatlıq yaradacaq. Etirazlara baxmayaraq, şəhər hakimiyyəti öz qərarına yenidən baxmaqdan imtina edib. Bundan əvvəl Rusiyanın Fransadakı səfirliyi Stalinqrad bulvarının adının dəyişdirilməsini kinli qərar adlandırmışdı. Geri qayıt |