Əsas Səhifə > Güney Press > Bir həftə əvvəl yaradılan şirkət də
Bir həftə əvvəl yaradılan şirkət dəBu gün, 10:53 |
Vaxtilə Azərbaycanın ən aktiv aqrar-qida qruplarından olan «Səba» ASC-yə məxsus aktivlərin hissə-hissə satışı davam edir. FED.azxatırladır ki, 1997-ci ildə yaradılan «Səba» ASC quşçuluq məhsullarının istehsalı ilə yanaşı, taxıl, soya biznesinə də böyük yatırımlar etmişdi. Şirkətin bir neçə bölcədə – o cümlədən Şabran, Ağcabədi, Beyləqan və Biləsuvar rayonlarında istehsal müəssisələri, əkin sahələri, emal infrastrukturu vardı. 2024-cü ilin oktyabrında isə şirkətin əmlaklarının, o cümlədən bütöv itsehsal kompleksinin ardıcıl olaraq satışına başlanılıb. Belə ki, əvvəlcə "Səba" ASC-nin quşçuluq məhsullarının istehsalı müəssisəsi satıldı. Bunun üçün şirkətin təsisçiliyi ilə "Chicken Pro." MMC yaradıldı quşçuşuq istehsalı əmlakları bu şirkətə verildi, həmin əmlaklar giroy qoyuldu və şirkətin kredit öhdəliyi "Chicken Pro." MMC-yə ötürüldü. Əmlak və kredit öhdəliyi "Chicken Pro."ya ötürüləndən sonra "Səba" ASC "Chicken Pro." MMC-nin satılmasına qərar verdi. Eyni proses "Səba" ASC-yə məxsus əkinçilik şirkəti "Qarabağ Taxıl" MMC-nin birgə təsisçiliyi ilə yaradılmış "Qarabağ Toxum" MMC ilə baş verdi, həmin şirkət də satışa çıxarıldı. Həmin vaxt verilən digər qərarla "Səba" ASC-nin Biləsuvuardakı əkin sahələrini əhatə edən "Biləsuvar Aqro" MMC də satışa çıxarıldı. Yeri gəlmişkən, elə həmin iclasda "Səba" ASC-nin və onun törəmə cəmiyyətləri olan "Qarabağ Taxıl" MMC-nin, "Biləsuvar Aqro" MMC-nin kreditlərini qaytarmaq məqsədilə "Qarabağ Taxıl" MMC-nin mülkiyyətində olan Kürdəmir və Ağsu rayonlarındakı əkin sahələrinin və buradakı "Pivot" tipli suvarma sistemləri də satışa çıxarılmışdı. "Səba" ASC-nin aktivlərinin satışı prosesi 2025-ci ildə də davam edir. Avqustun 18-də ASC-nin səhmdarlarının növbədənkənar yığıncağı keçiriləcək. İclasın gündəliyindəki əsas məsələ «Səba» ASC-nin təsisçisi olduğu «Qarabağ Taxıl Aqro» AAC-nin satışıdır. Məsələnin maraqlı tərəfi ondadır ki, «Səba» ASC «Qarabağ Taxıl Aqro» şirkətini bir neçə gün əvvəl – 10 iyul 2025-ci ildə yaradıb. 6,4 milyon manat nizamnamə kapitalı ilə təsis edilən “Qarabağ Taxıl Aqro” MMC-nin hüquqi ünvanı Şabran şəhəri, dəmiryolunun alt tərəfi adlanan ərazidir. Şirkətin qanuni təmsilçisi Cavid Abdullayev Nazim oğludur. Şirkətin yaradılması ilə bağlı detallar hələ açıqlanmasa da onun «Qarabağ Təxıl» MMC-nin bazasında yaradılması şübhə doğurmur. Yeri yaradılan şirkətin adında fərq var – «Qarabağ Taxıl Aqro». Yaradılan yeni şirkət aqustun 18-də keçiriləcək yığıncağın qərarına görə satışa çıxarılmalıdır. Həyata keçirilən əməliyyat – yeni şirkətin qeydiyyatı və onun satışa çıxarılması, göstərir ki, «Səba» ASC «Qarabağ Taxıl» şirkətini bütöv deyil, hissələrlə satmaq qərarına gəlib və yeni şirkət taxıl şirkətinin aktivlərinin bir hissəsini özündə birləşdirir. Geri qayıt |