Əsas Səhifə > Güney Press > Rusiyaya şok: Kalininqradın məhvi planı hazırdır
Rusiyaya şok: Kalininqradın məhvi planı hazırdırBu gün, 07:03 |
NATO üzrə müttəfiqlər zərurət yaranacağı təqdirdə, Rusiyaya məxsus Kalininqrad bölgəsini çox qısa müddətdə yer üzündən silə bilərlər. Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Avropa və Afrika qoşunlarının komandanı, general Kristofer Donahyu “Defense News” nəşrinə açıqlamasında bildirib. Generalın sözlərinə görə, hazırda ABŞ ordusu və NATO üzrə müttəfiqlər "Şərq cinahında caydırıcılıq xətti" adlı yeni strateji planın həyata keçirilməsinə başlayırlar. Bu planın mahiyyəti ondan ibarətdir ki, alyans ölkələri mümkün Rusiya təcavüzü kontekstində diqqəti hava və dəniz komponentlərindən quru qoşunlarına yönəldirlər. Donahyunun bildirdiyinə görə, Rusiya təhdidinə qarşı plan çərçivəsində NATO müttəfiqləri alyans üzvlərinin sənaye və iqtisadi potensialını nəzərə alaraq standartlaşdırılmış silah sistemləri və informasiya mübadiləsi mexanizmləri üzərində təcili şəkildə işləyirlər. Qeyd olunur ki, NATO Rusiya-Ukrayna müharibəsinin təcrübəsini də nəzərə almağa çalışır. Bu müharibədə əsas qarşıdurma quru döyüşlərində olub, düşmənin dəniz və hava potensialının qarşısının alınması da əsasən yerüstü vasitələrlə həyata keçirilib, simmetrik dəniz və hava sistemləri ilə yox. Bu kontekstdə general Donahyu rusların nəzarətində olan, eni təxminən 75 km olan və dörd bir tərəfdən NATO ölkələri ilə əhatələnmiş Kalininqrad bölgəsini yada salıb: “İndi biz bu bölgəni yerüstü vasitələrlə görünməmiş sürətlə və indiyədək bacardığımızdan daha tez bir zamanda yer üzündən silə bilərik. Biz artıq bunun planını hazırlamışıq. Artıq imkanlarımızı formalaşdırmışıq ki, bu kütlə və impuls problemini dayandıra bilək”. Geri qayıt |