Əsas Səhifə > Güney Press > ABŞ-da USAID və KİV-lər üçün ayrılan 9 milyard dollarlıq büdcə ləğv olundu
ABŞ-da USAID və KİV-lər üçün ayrılan 9 milyard dollarlıq büdcə ləğv olunduBu gün, 13:56 |
Musavat.com CNN-ə istinadən xəbər verir ki, bu xərclər artıq ABŞ büdcəsinə daxil edilmişdi, ona görə də onları ləğv etmək üçün Ağ Evin Nümayəndələr Palatasının və Senatın dəstəyinə ehtiyacı var idi. CNN-in məlumatına görə, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyəti üçün Dövlət Departamentinə ayrılan 7,9 milyard dollar bundan sonra federal büdcəyə qaytarılacaq, o cümlədən ABŞ-ın İctimai Yayım Korporasiyasına göndərilən 1,1 milyard dollar. Bu məbləğ, demək olar ki, tamamilə korporasiyanın iki illik büdcəsinə uyğundur, onun vasitəsilə NPR və PBS hökumətdən maliyyə alır. İyunun 4-də ABŞ prezidenti Donald Tramp Konqresə hökumətin xarici yardım və NPR və PBS üçün maliyyə xərclərini ləğv etmək tələbi göndərib. NPR ABŞ-ın 797 radiostansiyasını, PBS - 50 ştatda 354 qeyri-kommersiya televiziyasını birləşdirir. Aprelin 14-də “The Washington Post” qəzeti yazıb ki, Ağ Ev Dövlət Departamentinə ayrılan maliyyəni demək olar ki, yarıya qədər azaltmaq istəyir. Hakimiyyət beynəlxalq təşkilatlara ayrılan vəsaitin həcmini təxminən 90 faiz azaltmaq niyyətindədir. Xüsusilə onlar sülhməramlı missiyaları, BMT, NATO və digər 20 beynəlxalq qurumu maliyyələşdirməyi dayandırmağı planlaşdırırlar. Geri qayıt |