Əsas Səhifə > Güney Press / Üçüncü sektor / Manşet > UNEC-nin Dərbənd filialı məzunları hələ də DİPLOMSUZ QALIB

UNEC-nin Dərbənd filialı məzunları hələ də DİPLOMSUZ QALIB


Dünən, 12:50

Artıq 2 ildir ki, Azərbayan Dövlət İqtisad Universitetinin (UNEC) Dərbənd filialının 2023-2024-cü il məzunları diplomlarını ala bilmirlər.

Pravda.az xəbər verir ki, bu səbəbdən UNEC-in Dərbənd filialının məzunları arasında hərbi xidmətlə bağlı çətinlik yaşayanlar var.

Belə ki, diplom olmadığı təqdirdə onlar 1 illik hərbi xidməti 1 il 6 ay çəkmək məcburiyyətində qalacaqlar.

Uzun müddətdir, məzunların problemi gündəmə gətirilsə də, Elm və Təhsil Nazirliyi tərəfindən ictimaiyyətə, məzunlara diplomların verilməmə səbəbi barədə heç bir açıqlama verilmir.

Məsələ ilə bağlı Pravda.az tərəfindən yenidən Nazirliyə sorğu ünvanlanıb, mövqe bildiriləcəyi deyilib.

Qeyd: UNEC-nin Dərbənd filialı ilə bağlı problemin Elm və təhsil naziri Emin Əmrullayev ilə UNEC rektoru Ədalət Muradov arasında cərəyan edən sərin münasibətlərdən qaynaqlandığı vurğulanır.


Geri qayıt