Əsas Səhifə > Güney Press > Kurs diplomu ilə işləyən bəzi mütəxəsislər özlərini peşəkar adlandırır

Kurs diplomu ilə işləyən bəzi mütəxəsislər özlərini peşəkar adlandırır


Bu gün, 12:30

Bu sual da əmək münasibətlərində çalışan mütəxəssisləri daha çox maraqlandan və tez tez mübahisə yaradan suallardan biridir: Kurs diplomu ilə işləyən bəzi mütəxəsislər özlərini peşəkar adlandırır.Hansı sahələrdə (tibb ,gözəllik, markrtinq və s) belə şəxslərin fəaliyyət göstərməsi nə dərəcə qanunidir? Qanunvericilikdə bununla bağlı məhdudiyyət varmı?
Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən: Əmək müqaviləsi bağlanılarkən işçinin əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda işəgötürənə peşə hazırlığı və təhsili barədə müvafiq sənəd təqdim edilir. Bu deməkdir ki, hər bir işçi hər hansı bir vəzifə və peşədə işləməsi üçün müvafiq ixtisas sənədi təqdim etməlidir. Bu sənəd də bir qayda olaraq Diplom hesab olunur.
Hüquqşünas kimi mənim fikrim belədir ki, Kurs diplomu - Diplomu əvəz əvəz bulməz. Ola bilər ki, heç də böyük bilik, peşəkarlıq, savad, təcrübə, məsuliyyət və sair sahələr istisna olmaqla. Kurs diplomu isə artıq o müəyyən sahələrdə işləyən mütəxəssislərin biliklərinin artırılması deməkdir, Ali təhsil diplomunu əvəz edə bilməz.
Azər Quliyev
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkialtının
Eksperti - (dia-az.pro)

Geri qayıt