Əsas Səhifə > Güney Press > Mironovdan Azərbaycan bayrağı ilə bağlı
Mironovdan Azərbaycan bayrağı ilə bağlıBu gün, 12:06 |
Ədalətli Rusiya Partiyası digər ölkələrin dövlət rəmzlərinin ictimai yerlərdə istifadəsini məhdudlaşdıran qanun layihəsi hazırlayır. Axar.az xəbər verir ki, bunu sözügedən partiyanın lideri Sergey Mironov deyib. “Bu gün istənilən şəxs istənilən ölkənin bayrağını və ya gerbini asa bilər - istər Ukrayna, istər ABŞ, istərsə də Azərbaycan. Bundan Rusiya ilə birlik hiss etməyən diasporlar istifadə edir, bu da millətlərarası qarşıdurmanın qızışdırılmasına töhfə verə bilər. Təbii ki, istisnalar olacaq: diplomatik nümayəndəliklər, sərgilər, forumlar, idman tədbirləri. Yalnız Ədalətli Rusiya fraksiyasının növbəti təhlükə ilə mübarizə aparmasını gözləmək qalır: dövlət standartlarına cavab verməyən borş və ya Rusiyada ənənəvi dəyərləri məhv edən xəngəl”, - o bildirib. Geri qayıt |