Əsas Səhifə > Güney Press > Erməni əsgərləri NATO təlimində: hansı statusla?
Erməni əsgərləri NATO təlimində: hansı statusla?Dünən, 15:02 |
Ermənistan Silahlı Qüvvələrinin nümayəndələri bu il Gürcüstanda keçiriləcək çoxmillətli "Agile Spirit 2025" ("Çevik ruh") hərbi təlimlərində müşahidəçi statusunda iştirak edəcəklər. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Təlimlər 25 iyul–6 avqust tarixlərində Gürcüstan ərazisində keçiriləcək. Bu ilki təlimlərin məqsədi iştirakçı ölkələrin döyüş hazırlığını artırmaq, qarşılıqlı əlaqəni inkişaf etdirmək və əməliyyat imkanlarını gücləndirməkdir. Proqrama qərargah-səviyyəli komanda təlimləri, Senaki–Vaziani marşrutu üzrə gürcü-amerikan taktiki konvoyu, atış təlimləri, xüsusi əməliyyat qüvvələrinin birgə fəaliyyəti, eləcə də Gürcüstan Müdafiə Qüvvələrinin Döyüş Hazırlığı Mərkəzinin imkanlarının yoxlanılması daxildir. Təlimlərdə Gürcüstan, ABŞ, Türkiyə, Polşa, Almaniya, İtaliya, Yunanıstan, Moldova, Rumıniya, Bolqarıstan, Slovakiya, Litva və Ukrayna hərbçiləri iştirak edəcək. Ermənistanla yanaşı, Yaponiyanın silahlı qüvvələri də təlimlərə müşahidəçi qismində qatılacaq. Geri qayıt |