Əsas Səhifə > Güney Press > QHT sədri dənizdə şok keçirdi
QHT sədri dənizdə şok keçirdiBu gün, 09:52 |
Bakupost.az xəbər verir ki, QHT sədri bu barədə sosial şəbəkə hesabında paylaşım edib:
“Dünən havanın istisinə sevincək olub Şıxov çimərliyinə üz tutduq. Çimərliyin bağlanmasına 2 saat qalmış, 6 nəfərə 180 manat verib tələm-tələsik dənizə qaçdıq. Millət hovuzda çimirdi, dənizdə isə bizdən başqa tək bir oğlan vardı. Biz 6 qadın... şok keçirdik... Dənizdə İradə xanımın qoluna ilan sarıldı. Təsəvvür edin, nə hala düşdük… Köməyə gələn oğlan ilanın başından tutub dənizdən çıxardı. Oğlan olmasaydı, qorxudan 6 meyit olmuşduq. Hələ də özümüzə gələ bilmirik. Qışqırmaqdan da səsimiz batıb.
Bu oğlan bizim qəhrəmanımız oldu. Adını bilmədiyimiz bu oğlana təşəkkür edirik! Allah onu qorusun!”
Geri qayıt |