Əsas Səhifə > Güney Press > “Beynəlxalq Bankı”ın mənfəəti azaldı
“Beynəlxalq Bankı”ın mənfəəti azaldıBu gün, 13:01 |
“Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) bu ilin I yarısını 155,472 milyon manat xalis mənfəətlə başa vurub. Yenisabah.az sözügedən bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 9,8 % azdır. Yanvar-iyun aylarında ABB-nin gəlirləri 730,673 milyon manat (illik müqayisədə 25,2 % çox), xərcləri 466,17 milyon manat (45,9 % çox), xüsusi ehtiyatlara ayırmaları 74,032 milyon manat (22,6 % çox), mənfəət vergisi ödəmələri isə 35 milyon manat (11,6 % çox) təşkil edib. Marqarita pizza Bu il iyulun 1-nə ABB-nin aktivləri 14 milyard 47,023 milyon manat olub ki, bu da illik müqayisədə 5,9 % çoxdur. Bunun 6 milyard 93,496 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 13,5 % böyüyüb. Hesabat dövründə ABB-nin öhdəlikləri 5,3 % artaraq 12 milyard 43,881 milyon manat, o cümlədən depozit portfeli 1,8 % azalaraq 9 milyard 68,19 milyon manat, balans kapitalı isə 10,1 % artaraq 2 milyard 3,142 milyon manat olub. Geri qayıt |