Əsas Səhifə > Güney Press > Mingəçevirdə usta İcra Hakimiyyəti binasının damından yıxılıb öldü

Mingəçevirdə usta İcra Hakimiyyəti binasının damından yıxılıb öldü


Dünən, 15:56

Mingəçevirdə 34 yaşlı usta hündürlükdən yıxılaraq ölüb.

Mingəçevir Rayon İcra Hakimiyyətinin binasının damında təmir işləri aparan 1991-ci il təvəllüdlü Emil Zakir oğlu Şükürov ehtiyatsızlıqdan yıxılıb.

Nəticədə o, hadisə yerində həyatını itirib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma başlanıb.

Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.

***

Mingəçevir Rayon İcra Hakimiyyətindən də hadisə ilə bağlı məlumatı təsdiqləyiblər: “Gənc oğlan idi, dostları da yanında idi. Binanın damından ehtiyatsızlıqdan yıxılaraq vəfat edib. Çox təəssüf edirik ki, belə bir hadisə baş verib”.


Geri qayıt