Əsas Səhifə > Güney Press / Reklam / Manşet > “Azercell” digər mobil operatorlara problem yaradır

“Azercell” digər mobil operatorlara problem yaradır


Dünən, 12:14

Nömrəsini “Azercell”ə daşıyan abunəçi peşman olub.

Tribunainfo.az xəbər verir ki, bu barədə Orxan Cavalier adlı şikayətçi yazıb. O bildirib ki, nömrəsini “Azercell”ə daşıyandan sonra ona “Azercell” nömrələrindən başqa digər nömrələrdən zəng gəlmir:

“Bir həftədir nömrəmi “Azərcell”ə daşınma ediblər. Səbinə adında bir xanım oturduğum yerdə mənə zəng etdi ki, bəs, ay müəllim, nömrənizi “Azercell”ə daşıyaq? Şərtləri sadaladı və mənə uyğun olduğu və sərf etdiyi üçün razılaşdım. O gündən nömrəmə “Azercell” abunəçilərindən başqa heç kim zəng edə bilmir, edənlərə də nömrəmin işləmədiyi barədə avtomatik məlumat verilir.

Bir həftədir hər gün operatoru yığıram və bir həftədir deyir ki, texniki şöbə bu problem üzərində işləyir. Sanki bilə-bilə bu cür edirlər ki, insanlar hamısı “Azercell”dən istifadə etsin?

Digər mobil operatorlar da məlumatlı olsun ki, onların da hüququ tapdanır. Çünki digər mobil operatorların işlək nömrəsi zəng edə bilmir”.


Geri qayıt