Əsas Səhifə > Güney Press > İrandan Ermənistana rekord axın
İrandan Ermənistana rekord axınBu gün, 08:32 |
Ermənistan-İran sərhədindəki Aqarak keçid məntəqəsində sərnişin axınında rekord artım qeydə alınıb. Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX)məlumat yayıb. "Aqarak-keçid məntəqəsində sərnişin axınında artım var. Lakin mövcud vəziyyət sərhəd nəzarətinin normal prosesinə heç bir şəkildə təsir göstərməyib", - deyə idarədən bildirilib. İyunun 13-nə keçən gecə İsrail İrana qarşı hərbi əməliyyata başlayıb və bunun ardınca bir gündən az müddətdə İslam Respublikası cavab zərbəsi endirib. Münaqişənin qızışmasından doqquz gün sonra, iyunun 22-nə keçən gecə ABŞ İranın üç nüvə obyektinə zərbələr endirib. İyunun 23-ü axşam saatlarında Tehran Qətərdə yerləşən Amerikanın Yaxın Şərqdəki ən böyük hava bazası olan Əl Udeid bazasına raket zərbəsi endirib. Daha sonra ABŞ prezidenti Donald Tramp İsrail və İran arasında iyunun 24-dən qüvvəyə minən tam atəşkəs barədə razılığın əldə olunduğunu açıqlayıb. Geri qayıt |