Əsas Səhifə > Güney Press > Avropa dərhal Rusiyaya qarşı hərəkətə keçməlidir
Avropa dərhal Rusiyaya qarşı hərəkətə keçməlidirBu gün, 07:24 |
Axar.az xəbər verir ki, bu fikirləri ABŞ Konqresinin Nümayəndələr Palatasının Maliyyə Xidmətləri Komitəsinin sədri Frenç Hill “Faynənşl Tayms” üçün yazdığı məqaləsində bildirib. Hill qeyd edib ki, Brüsseldə keçirilən Avropa Şurasının son iclası Moskvanı Ukraynaya qarşı təcavüzə görə cavab verməyə məcbur etməyib. Halbuki həmin görüş Rusiya Prezidenti Vladimir Putinə təzyiqi artırmaq üçün imkan yarada bilərdi. Buna baxmayaraq, onun fikrincə, Avropa hələ də gecikməyib və hərəkət edə bilər. Onun bildirdiyinə görə, Avropa Şurası Avropada dondurulmuş təxminən 258 milyard avro dəyərində Rusiya aktivlərini Ukraynaya dəymiş ziyanın ilkin kompensasiya ödənişi kimi müsadirə etməyə razılaşmalıdır. Hill hesab edir ki, bu aktivlərin bir hissəsi Ukraynanın müdafiə qabiliyyətini gücləndirə bilər. Bu, həm də gələcəkdə Rusiya ilə aparılacaq danışıqlarda Ukraynaya daha güclü mövqe qazandıra bilər. O, həmçinin xatırladıb ki, may ayında Almaniya kansleri Fridrix Merz Rusiyanın dondurulmuş aktivlərindən tam şəkildə Ukraynaya yardım üçün istifadə etməyə hazır olduğunu bildirmişdi. Bu qərarı Almaniyada hakim koalisiya da dəstəkləyib. Geri qayıt |