Əsas Səhifə > Güney Press > Gənc şair Həsən Kür vəfat etdi

Gənc şair Həsən Kür vəfat etdi


Dünən, 03:27

Azərbaycan Yazıçılar Birliyinin üzvü, 44 günlük Vətən müharibəsinin iştirakçısı, gənc şair Həsən Kür (Zeynallı) vəfat edib.

Kult.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib.
İyulun 7-də halı pisləşən Həsən Kürü Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırsalar da, o, beyin qanaması nəticəsində dünyasını dəyişib.
Qeyd edək ki, fevralın 22-si gənc şair Həsən Kür intihara cəhd etmişdi. Belə ki, o, "Sevinc Moll" ticarət mərkəzinin 3-cü mərtəbəsindən özünü atmışdı. O, həmin gün 19:10 radələrində müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunmuşdu. Uzun müddət müalicə aldıqdan sonra o, evə buraxılmışdı.

Geri qayıt