Əsas Səhifə > Güney Press > Oğuzda ağac kəsiminə görə polisdə cinayət işi başladı

Oğuzda ağac kəsiminə görə polisdə cinayət işi başladı


Dünən, 15:58

Oğuzun Xalxal kəndində meşə təsərüfatına vurulan zərərlə bağlı istintaq araşdırmaları aparılır.

DİN-in Mətbuat xidmətinin regional qrupundan “DİA-AZ”a bildirilib ki, vələs növündən olan bir neçə ağacın kəsilməsi faktına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Oğuz RPŞ-də cinayət işi başlanıb.

Keçirilən tədbirlərlə həmin əməli törətməkdə şübhəli olan 2 nəfər müəyyən olunaraq məsuliyyətə cəlb edilib.

Araşdırmalar davam etdirilir.


Geri qayıt