Əsas Səhifə > Güney Press > MİDA tikdiyi binadan kirayə götürdüyü mənzili satdı
MİDA tikdiyi binadan kirayə götürdüyü mənzili satdıBu gün, 15:57 |
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə Maya Mustafayevanın cinayət işi üzrə araşdırmalar davam edir. Bütün bu müddət ərzində Maya Mikayılovu aldatmaqda davam edib. Nə bankla müqavilə bağlanıb, nə də evin sənədləri təqdim olunub. Üstəlik, Maya ondan əlavə 1500 manat da tələb edib və bu pulu da aldıqdan sonra onu mənzilə köçürüb. Sonradan məlum olub ki, həmin evin sahibi Gülrza Əliyevdir və Maya bu mənzili ondan kirayəyə götürüb. Bu barədə notarial qaydada müqavilə də mövcuddur. Şəmşad Mikayılov hesab edir ki, Maya ona verdiyi pulun bir hissəsini ev sahibinə kirayə haqqı kimi ödəyib. “Maya mənə ev satdığını deyib 17 min 500 manatımı aldı. Əslində isə bu evi kirayəyə götürmüşdü. Üstəlik, ev sahibi və Elxan adlı “usta” da bu oyunun içində idi. Elxan əvvəlcə özünü jek müdiri kimi təqdim etmişdi, amma sonradan usta olduğu üzə çıxdı. Məni evə köçəndə 50 manat şirinlik də aldı. Sonda isə mənə bildirdilər ki, kirayə haqqı ödənilmədiyindən evdən çıxmalıyam”, – deyə Şəmşad Mikayılov bildirib. O, bu ədalətsizliklərin nəticəsində intihara cəhd etdiyini də etiraf edib: “Aprelin 20-də evdə sirkə içərək canıma qıymışam. Qadınım və iki uşağımın gözü qarşısında... Xəstəxanaya aparıldım, polis də qeydiyyat apardı”. Şəmşad Mikayılov Daxili İşlər Nazirliyinə müraciət etdikdən sonra Maya Mustafayeva tutulub. O, iltizamla öhdəlik götürüb ki, 10 günə pulu qaytaracaq. Amma bu vəd də yerinə yetirilməyib. Maya Mustafayeva telefon nömrəsini dəyişib və onunla əlaqə saxlamaq mümkün olmayıb. Geri qayıt |