Əsas Səhifə > Güney Press > Saakaşvili əfv edilməyəcək

Saakaşvili əfv edilməyəcək


Dünən, 14:38

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili hazırkı Gürcüstan Prezidenti Mixail Kavelaşvilinin təklif etdiyi siyasi opponentlərin əfvi kontekstində əfv edilməyəcək.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə bu gün keçirilən brifinqdə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.

Onun sözlərinə görə, əfv Saakaşviliyə şamil edilmir, çünki o, Ukrayna vətəndaşıdır.

"Ukrayna vətəndaşının Gürcüstanda seçkilərdə iştirakı yolverilməzdir", - Ş.Papuaşvili vurğulayıb.


Geri qayıt