Əsas Səhifə > Güney Press > Ermənistan prokurorluğu müxalifət liderlərinin toxunulmazlığının ləğvini istəyir

Ermənistan prokurorluğu müxalifət liderlərinin toxunulmazlığının ləğvini istəyir


Bu gün, 12:04

Ermənistanda bu gün parlamentin növbədənkənar iclası keçirilir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, iclas zamanı baş prokuror Anna Vardapetyan müxalifətçi “Ermənistan” blokunun üç deputatına qarşı ictimai cinayət təqibinə başlamaq üçün parlamentin razılığının alınması məqsədilə vəsatət təqdim edib.

Cinayət təqibinə cəlb olunması istənilən şəxslər bunlardır:
• keçmiş Sisian meri və deputat Artur Sarkisyan,
• parlamentdəki “Ermənistan” fraksiyasının katibi Artsvik Minasyan və
• fraksiya rəhbəri, keçmiş müdafiə naziri Seyran Ohanyan.

Qeyd edək ki, sözügedən deputatlar son dövrlərdə həm hökuməti, həm də baş nazir Nikol Paşinyanı sərt tənqid edirlər.


Geri qayıt