Əsas Səhifə > Güney Press / Ana xəbər > Paşinyan Qaltsanyan və Acapaxyanla bağlı katolikosu hədəfə aldı
Paşinyan Qaltsanyan və Acapaxyanla bağlı katolikosu hədəfə aldıBu gün, 10:35 |
Ermənistanın baş naziri Nikol Paşinyan Facebook səhifəsində katolikos II Qaregin (Ktriç Nersisyan) barədə sərt açıqlama yayıb. “Əgər Ktriç Nersisyan Qaltsanyan və Acapaxyanın həbsini qanunsuz hesab edirsə, deməli, onların ideologiyasını və planlarını – hərbi çevriliş cəhdini, insanları divar dibində güllələməyi və ölkədə xaos yaratmağı – bölüşür”, – deyə Paşinyan bildirib. Paşinyan əlavə edib ki, bu kontekstdə Vagharşapat adlı inzibati ərazi vahidinin (buraya Eçmiədzin və ətraf kəndlər daxildir) heç bir hissəsi hüquq-mühafizə orqanlarının fəaliyyətinə bağlana bilməz. O, həmçinin kinayəli şəkildə bildirib: “Xüsusilə də, Ktriç və bəzi başqa şəxslərin sayəsində bu ərazilər çoxdan zina üçün açıq vəziyyətdədir”. Geri qayıt |