Əsas Səhifə > Güney Press > Şəmkirdə qadını öldürüb əmisi və əmisi oğlunun üzərinə atmaq istədi

Şəmkirdə qadını öldürüb əmisi və əmisi oğlunun üzərinə atmaq istədi


Bu gün, 09:29

Gəncə Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə və bilə-bilə yalan xəbərçilik etmədə təqsirləndirilən Fariz Cəlilovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ona 13 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

İttihama görə, Fariz Cəlilov 2023-cü ilin fevral ayının ortalarında Şəmkir rayonunun Zəyəm-Cırdaxan kəndində yaşadığı fərdi yaşayış evinin həyətində saxladığı it onunla qonşuluqda yaşayan həmkəndlisi, 1959-cu il təvəllüdlü Əntiqə Məmmədovaya məxsus toyuqların yumurtalarını yeyib. Bu səbəbdən də Əntiqə Məmmədova bir neçə dəfə ona irad bildirib, sözlə mübahisə edərək itinin ona vurduğu 7 manat məbləğində maddi ziyanın ödənilməsini tələb edib. Fariz bununla əlaqədar, 19 fevral 2023-cü il tarixdə, saat 21:30 radələrində Əntiqə Məmmədovanın yaşadığı evə gedib, 7 manatı ödəyib, həyətdən çıxıb uzaqlaşmaq istəyəndə, qadın onun vəfat etmiş valideynləri və övladının ünvanına nalayiq ifadələr işlədib. O, əsəbiləşərək Əntiqə Məmmədovanın sözlərini özünə və vəfat etmiş yaxınlarının ruhuna ağır təhqir kimi qəbul edib bundan hiddətlənib. Sonra Fariz qadının mətbəxindən götürdüyü bıçaqla onu qətlə yetirib.

Bundan başqa, o, qadını qəsdən öldürülməsi faktı üzrə cinayət təqibinin aparıldığı müddətdə cinayətin onun tərəfindən törədilməsini təsdiq edən təkzibedilməz mötəbər sübutların olmasına baxmayaraq, törətmiş olduğu xüsusilə ağır cinayəti ört-basdır etmək niyyəti ilə bilə-bilə yalan xəbərçilik edib. Fariz istintaq orqanlarının əməkdaşlarına hadisəni öz əmisi, Zəyəm-Cırdaxan kənd sakini və həmin şəxsin oğlu tərəfindən törədildiyini bildirib. Lakin sonradan hadisəni onun tərəfindən törədildiyi məlum olub və barəsində həbs qətimkan tədbiri seçilib.

Lakin Fariz Cəlilov məhkəmədə ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərib ki, heç bir cinayət əməlini törətməyib və onun heç bir cinayətdən xəbəri yoxdur.


Geri qayıt