Əsas Səhifə > Güney Press > Rusiyadakı 3 azərbaycanlı “qanuni oğru”dan 2-si saxlanılıb
Rusiyadakı 3 azərbaycanlı “qanuni oğru”dan 2-si saxlanılıbDünən, 17:02 |
Son günlər Rusiya-Azərbaycan münasibətlərinin gərginləşməsi fonunda şimal ölkəsində yaşayan azərbaycanlı kriminal avtoritetlərin də sıxışdırılmasına başlanılıb. Əvvəlcə Novaya Riqanın Qrinfild kottec kəndinin çıxışında kriminal dairələrdə daha çox “Diplomat” və ya “Vaqif Bakinski” kimi tanınan 59 yaşlı Vaqif Süleymanov saxlanılıb. Daha sonra Orenburqda 39 yaşlı Zaur Şipilov, (ləqəbi “Talıbov” və “Zaur Naxçıvanski”) saxlanılıb. Rusiyanın kriminal aləmindən bəhs edən “Primecrime.ru” saytı yazır ki, əməliyyatçılar Vaqif Süleymanovdan “oğru statusu”nu soruşduqda o, cavab verməkdən imtina edib, Zaur Şipilov isə kamerasız cavab verməyə razılaşıb. “Oğrular”ın ləqblərində Azərbaycan toponimləri olmasına baxmayaraq, nə Vaqif, nə də Zaur Azərbaycanda doğulub. Vaqif Süleymanovun Gürcüstanın Marneuli rayonunda, Zaur Şipilovun isə Rusiyanın Orenburq şəhərində anadan olduğu bildirilib. İkinci özünü azərbaycanlı hesab etsə də, onun yarırus olduğu və xaç suyuna çəkildiyi bildirilib. “Primecrime.ru” saytı yazır ki, Vaqif Süleymanov Rusiyada nüfuz baxımından haqlı olaraq bir nömrə sayıla bilər. Zaur isə əksinə, artıq 12 illik təcrübəsi olsa da, “oğru” kimi bəlkə də hamıdan zəifdir.
Vaqifin “tacqoyma mərasimi” 2001-ci ilin yayına təsadüf edir. O, Hikmət və Çingiz başda olmaqla o dövrün əsas azərbaycanlı “qanuni oğruları” tərəfindən “taclandırılıb”. Vaqifin polislə sonuncu qarşılaşması 10 il əvvəl olub. O vaxtdan bəri toxunulmazlar arasında idi. Onun son vaxtlar praktiki olaraq yeganə “Moskva oğrusu” olduğu iddia edilir. Geri qayıt |