Əsas Səhifə > Güney Press > Elşad Xose videoqrafın iddiasına cavab verdi:
Elşad Xose videoqrafın iddiasına cavab verdi:Dünən, 16:52 |
“Rüfət Hüseynovun iddiaları həqiqəti əks etdirmir. Əvvəlcədən heç bir ödəniş almayacağını bildirsə də, sonradan pul tələb etməyə başladı. Halbuki görülən işə görə ödəniş edildi və bu ödənişin miqdarı göstərilən xidmətin səviyyəsindən daha yüksək idi. Təəssüf ki, təqdim olunan iş keyfiyyətsiz idi və 1000 manatlıq xidmət səviyyəsinə uyğun gəlmirdi”. Bunu Teleqraf-a reper Elşad Xose videoqraf Rüfət Hüseynovun onun haqqındakı iddialarına cavab verərkən deyib. O qeyd edib ki, videoqrafın iddiası əsassızdır: "Məsələnin detallarını açmaq istəmirəm, lakin bu iş həmin məbləğə dəyməzdi. Son zamanlar gənclər əllərinə kamera alaraq özlərini “videoqraf” adlandırırlar. Ən sağlam yanaşma müqavilə əsasında işləməkdir. Biz Rüfətlə konkret pul məsələsi etməmişik. Sadəcə, dəstək məqsədilə bizə yaxınlaşmışdılar". Qeyd edək ki, Rüfət Hüseynov sosial media hesabında video paylaşaraq, Elşad Xose ilə onun konserti üçün 10 min manatlıq işi 4 min manata görəcəkləri barədə razılığa gəldiyini bildirib. O deyib ki, işi təhvil versə də, Elşad Xose ödənişi etməyib və videoqrafı təhqir edib. Geri qayıt |