Əsas Səhifə > Güney Press > “Ciddi həkimlərə çamur atmaq, başın üçün deyil”
“Ciddi həkimlərə çamur atmaq, başın üçün deyil”Dünən, 16:42 |
Saxta və savadsızları demirəm, amma həqiqi, doğru-dürüst, gecə-gündüz oxuyub, öyrənib, peşəsini sevən, fədəkar həkimlərə söz demək, Qənirə Ataşın başı üçün deyil.
“Medicina” xəbər verir ki, bu sözləri tanınmış radioloq Aydın Əliyev bildirib.
O, Amerikada yaşayan jurnalist Qənirə Ataşı həddini aşmaqda ittiham edib.
![]() “ Həqiqi həkimlərin ayağının bildiyini sənin basın bilməz. Sadəcə, onlar sənə baş qoşmurlar. Get öz səviyyənə uyğun işlərlə məşğul ol. Necə ki, özün kimi saxta plastik estetik həkimcikləri ifşa etmək…Bu sənə yaraşır. Amma ciddi həkimlərə çamur atma, sənlik deyil”.
Qeyd edək ki, Qənirə Ataş bu dəfə RDM-də beyin cərrahı Pərviz Mirzəliyevin 32 saatlıq əməliyyatını şübhə altına alaraq, bu əməliyyatın əsaslandırılmasını istəmiş və RDM-ə sorğu göndərmişdi.
“Cəmiyyətə detallı, addım –addım izah edin ki, 32 saatda hansı proseslər olub, həkim orda nə işlə məşğul olub, bu proses hansı tibbi göstərici və meyarlara əsaslanıb?”.
![]() Geri qayıt |