Əsas Səhifə > Güney Press > Azərbaycanla Naxçıvanı birləşdirəcək “Tramp dəhlizi”
Azərbaycanla Naxçıvanı birləşdirəcək “Tramp dəhlizi”Dünən, 12:24 |
Cənubi Qafqazda nəqliyyat infrastrukturunun blokdan çıxarılması Ermənistan üçün mühüm prioritet olaraq qalır. Publika.az xəbər verir ki, bunu Respublika Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan “Karnegi Fondu”nun nəşrini şərh edərkən deyib. İyunun 30-da dərc olunan məqalədə deyilir ki, ABŞ prezidenti Donald Tramp administrasiyası Ermənistan ərazisindən Azərbaycanı Naxçıvanla birləşdirən nəqliyyat marşrutunun yaradılması təkliflərini təqdim edib. Nəşrin mənbələri iki xarici diplomat olub. Badalyan xatırladıb ki, Ermənistan bundan əvvəl özünün regional əlaqə konsepsiyasını, “Dünyanın kəsişməsi” təşəbbüsünü irəli sürmüşdü. Onun sözlərinə görə, artıq bir sıra beynəlxalq tərəfdaşlardan müsbət rəy alıb. Mətbuat katibi əlavə edib ki, erməni tərəfi bu təşəbbüsə uyğun gələn və bütün iştirakçılar üçün potensial məqbul olan konkret həllər təqdim edib. "Eyni zamanda, beynəlxalq tərəfdaşlar müntəzəm olaraq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, o cümlədən nəqliyyat blokunun açılması məsələləri ilə bağlı öz ideyalarını irəli sürürlər. Regionun maraqlarına cavab verən və onun potensialını üzə çıxaran həll yollarının hazırlanması üçün bütün maraqlı tərəflərlə danışıqlar davam etdirilir", - Badalyan qeyd edib. Geri qayıt |