Əsas Səhifə > Güney Press > Rusca təhsil alanlar XAİNDİRMİ?

Rusca təhsil alanlar XAİNDİRMİ?


Bu gün, 10:58

Oxuduğum Azərbaycan-rus bölmələri olan orta məktəbdə 20 yanvar 1990-cı il faciəsindən sonra pioner qalstukunu çıxarmış yeganə şagird mən olmuşam.
 Rus bölməsinin 7-ci sinif şagirdi olaraq. Rus müəllimlərimlə də bununla bağlı mövzularda yüksək səslə mübahisə aparan da mən olmuşam. İnşalarımda belə yeri gəldi-gəlmədi milli azadlıq mövzusunu yazırdım. Təbii, başım da çox ağrayıb buna görə…
Bu barədə heç vaxt yazmamışam. Amma rus dilində təhsil alanlara qarşı bəzilərinin cəfəng fikirlərinə reaksiya vermək lazımdır. Milli elmimizin, incəsənətimizin ən parlaq nümayəndələrinin əksəriyyəti rus dilli olub. Müstəqillik qazanandan sonra isə hələlik elm və incəsənətdə parlaq nümayəndələrimiz ümumiyyətlə yoxdur. İlk Cümhuriyyətimizi dövlət kimi quran Fətəli Xan Xoyski ümumiyyətlə dilimizdə çətin danışırdı. Bununla belə bəzi xadimlərimiz ölkədə qalıb işğalçı ilə əməkdaşlıq etdi, o isə dərhaı mühaciərətə getdi, amma oradada düşmən gülləsinə tuş gəldi.
Vətənə sevgini tək hansı dildə təhsil almaqla ölçsəydik nə var idi ki. Azərbaycan dilindən başqa heç bir dil bilməyən o qədər yerli əclaf tanıyıram ki! Sabah Allah etməmiş şimaldan yenə istila olsa, onlar istilaçının qabağına qaçıb bağıracaqlar: “Əşşi, gəlin çıxın da, nə çox çəkdi sizi gözləməyimiz. Xoş gəlmisiz!”
Əkrəm Həsənov - hüquqşünas
"DİA-AZ"

Geri qayıt