Əsas Səhifə > Güney Press > İşəgötürənin borcudur ki...

İşəgötürənin borcudur ki...


Bu gün, 08:36

İşəgötürən iqtisadi və maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə - onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını Azərbaycan Respublikası Əmək Məcəlləsinin - 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq: inzibati, maddi və ya cinayət məsuliyyətə cəlb edilir.
Müəssisənin ləğv edildiyi hallarda: birinci növbədə işçilərin əmək haqqı, müavinət və sosial müdafiə xarakterli bütün ödəmələri, o cümlədən istifadə etmədiyi məzuniyyətə görə pul əvəzi, bu Məcəllənin 77 və 239-cu maddələri ilə müəyyən edilmiş ödəmələri, habelə müəssisənin fəaliyyəti dayandırıldığı günə işçiyə verilməli olan digər ödənclər işəgötürən tərəfindən ödənilməlidir. Müəssisənin müflisləşməsi nəticəsində iflasa uğradığı hallarda isə işçilərə həmin ödənclər qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilməlidir.
Əgər işəgötürənin maddi-maliyyə imkanı yoxdursa, onda işçilərə həmin ödənclər müəssisənin əmlakı satılmaqla və ya müvafiq normativ hüquqi aktlarla müəyyən edilən qaydada dövlət tərəfindən yaradılmış təminat sistemi ilə ödənilməlidir.
Azər Quliyev
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkialtının
Eksperti - (dia-az.pro)

Geri qayıt