Əsas Səhifə > Güney Press > Yekaterinburqda saxlanılan azərbaycanlıların nədə “ittiham” olunduqları açıqlandı

Yekaterinburqda saxlanılan azərbaycanlıların nədə “ittiham” olunduqları açıqlandı


Dünən, 17:58

Yekaterinburqda saxlanılan Azərbaycan vətəndaşlarının ittiham olunduğu “qətllərin motivi biznesdə təsir dairələrinin bölünməsi ilə bağlı münaqişə” olub.

Teleqraf xəbər verir ki, bu iddia ilə TASS-a açıqlamasında Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko çıxış edib.

İddiaya görə, təqsirləndirilən şəxslərin 2001-ci ildə bıçaq xəsarətlərindən vəfat edən Y.Paşayevin qətlində, 2010-cu ildə F.Şirinovun qəsdən öldürülməyə cəhddə, 2011-ci ildə isə Azərbaycan vətəndaşı İ.Hacıyevin qətlində əli olub.


Geri qayıt