Əsas Səhifə > Güney Press > Səhiyyəyə ayrılmış 2,5 milyonluq satınalma dayandırıldı
Səhiyyəyə ayrılmış 2,5 milyonluq satınalma dayandırıldıDünən, 17:09 |
“Səhiyyənin Təminat Mərkəzi” publik hüquqi şəxsi tərəfindən elan edilən və 2.535.068,75 AZN dəyərində qiymətləndirilən böyük həcmli satınalma müsabiqəsi ləğv edilib. FED.az xəbər verir ki, tender xəstəliklərin profilaktikası, diaqnostikası və müalicəsi üçün istifadə olunan dərman preparatları, tibbi ləvazimatlar və sərfiyyat materiallarının alınmasını nəzərdə tuturdu. Müsabiqə 24 aprel 2025-ci il tarixində saat 16:50-də elan olunmuşdu, təkliflərin qəbulu üçün son tarix isə 26 may 2025-ci il saat 12:00 olaraq göstərilmişdi. Elə zərflərin açılış tarixi də həmin gün və saat üçün planlaşdırılmışdı. Lakin 02 iyul 2025-ci il tarixində keçirilən qiymətləndirmələrdən sonra nəzarət orqanının qərarı əsasında tenderin ləğvi rəsmən elan olunub. Rəsmi səbəb olaraq qanunvericiliklə müəyyən edilmiş hallara əsaslanan nəzarət müdaxiləsi göstərilib, detallar açıqlanmayıb. Geri qayıt |