Əsas Səhifə > Güney Press > Rusiya türk ölkəsinə qarşı da eyni addımı atdı

Rusiya türk ölkəsinə qarşı da eyni addımı atdı


Dünən, 15:17

Azərbaycanın Rusiya ilə münasibətlərində son vaxtlar müşahidə olunan sərt ritorika bəzi dairələrdə narahatlıq doğurur və ölkəyə əlavə risklər gətirə biləcəyi barədə müzakirələr aparılır. Ötən il ərzində İranın Azərbaycana qarşı təhdid siyasəti zamanı dövlət rəhbərliyi açıq və qətiyyətli mövqe ortaya qoyaraq, bu hədələrin qarşısını aldı, nəticədə Tehran geri çəkildi. Bu baxımdan, Azərbaycanın Moskvaya qəti cavabının Kremlin davranışına necə təsir göstərəcəyi aktual və diqqətçəkən suallardan biridir.

Globalinfo.az-a danışan politoloq Fərid Şəfiyev deyib ki, budəfəki gərginliyin daha dərin səbəbləri var:

“Rusiyanın Ukrayna cəbhəsində müəyyən uğurları var, amma Suriya, Cənubi Qafqaz və Mərkəzi Asiyada mövqeləri zəifləyib. Ola bilsin, belə hərəkətlərlə gücünü göstərmək istəyir: etnik qruplar və diasporlar isə təzyiq alətinə çevrilib.

Adətən təzyiq aləti kimi daha çox pomidor və ya digər ərzaq məhsullarının qadağan olunmasını müşahidə edirdik, amma bizim ticarət dövriyyəmiz o qədər də çox deyil. Rusiya bizə daha çox məhsul satır, nəinki biz onlara. Diaspordan isə Rusiya, bir növ, silah kimi istifadə edir. Məsələn, vaxtilə Rusiyanın Tacikistan və Özbəkistana qarşı da bənzər addımları olmuşdu, amma onlar belə sərt reaksiya verməmişdilər. İndi isə Azərbaycan tam fərqli münasibət göstərir.

Əslində, Rusiyanı cavabsız qoymaq düzgün olmazdı, çünki onlar da elə düşünürlər ki, bu cür rəftar doğrudur. Bu baxımdan Bakının atdığı addımlar yerindədir”.


Geri qayıt