Əsas Səhifə > Güney Press > Yekaterinburqda azərbaycanlı qardaşları öldürənlərlə bağlı
Yekaterinburqda azərbaycanlı qardaşları öldürənlərlə bağlıDünən, 11:17 |
Xəbər verdiyimiz kimi, Rusiyanın Yekaterinburq şəhərində iyunun 27-də hüquq-mühafizə orqanlarının azərbaycanəsilli şəxslərə qarşı həyata keçirdiyi hücumda və soydaşlarımızın qətlində iştirak etdiyi bildirilən polislərin fotoları yayılıb. Globalinfo.az həmin şəxslərlə bağlı məlumatları təqdim edir: Viktor Poznyak – Rusiya Daxili İşlər Nazirliyinin Yekaterinburq üzrə Baş İdarəsinin rəisi, polkovnik. 25 sentyabr 1984-cü ildə Kamışlov rayonunun Kalinovskoye kəndində anadan olub. 2001-ci ildə institutu bitirdikdən sonra daxili işlər orqanlarına işə qəbul olunub. Xidmət etdiyi illərdə Viktor Poznyak 50-dən çox mükafat, o cümlədən üçüncü dərəcəli “Xidmətdə fərqlənməyə görə” və “İctimai asayişin mühafizəsində fərqlənməyə görə” medalı ilə təltif edilib. Nikolay Paçayevets – 6 aprel 1981-ci il təvəllüdlüdür. Viktor Poznyakın müavini və istintaq idarəsinin rəisi, polkovnikdir. Rafael Xamidulin – V.Poznyakın digər müavini, polkovnik-leytenant. 6 oktyabr 1984-cü ildə Kazan şəhərində anadan olub. Aleksandr Smirnıx – Daxili İşlər Nazirliyinin Yekaterinburq idarəsinin rəis müavinidir. 17 yanvar 1990-cı ildə anadan olub. V.Poznyakın kadrlarla iş üzrə müavinidir. Xatırladaq ki, iyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburqda azərbaycanlıların evlərinə basqın edib. “Əməliyyat” zamanı iki azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Geri qayıt |