Əsas Səhifə > Güney Press > Ermənistandan sərt bəyanat:

Ermənistandan sərt bəyanat:


Dünən, 10:24

“Rusiyanın dövlət telekanallarında Ermənistan və onun liderinin təhqir edilməsi dayandırılmalıdır, ya siz dayandırın, ya da biz dayandıracağıq”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

“Rusiyalı həmkarlarımın Ermənistanda Rusiya telekanallarının yayımının dayandırılması məsələsini ciddi müzakirə etməyin vaxtı çatdığı barədə bəyanatıma reaksiyalarını oxuyanda istər-istəməz özümə sadə bir sual verirəm: bu insanlar heç öz-özünə sual vermirmi?

Yoxsa doğrudanmı kiməsə elə gəlir ki, “Qərb strukturlarının təsiri”, “insan hüquqlarının pozulması”, “kimlərinsə məhv etməyə çalışdığı Rusiya ilə Ermənistan arasında çoxəsrlik dostluq” haqqında əzbərlənmiş ifadələri təkrarlamaqla bir daha özünün üstündən adlayıb keçmək, Ukraynanın adını çəkmək və bu köhnə məsələni Ermənistan kontekstinə uzatmaq olar?

Başqa bir şey axtarmaq lazım deyil, günahkar icad etməyə ehtiyac yoxdur: sadəcə televizoru yandırmaq kifayətdir. Çünki “Rusiya-Ermənistan münasibətlərinin korlanması problemi”ni həll edəcək ən yaxşı adamlar Qərbin kəşfiyyat orqanları, mifik agentləri və ya QHT-ləri deyil, Rusiyanın bəzi dövlət telekanalları, jurnalistləri və redaktorlarıdır”, - spiker bildirib.

Simonyan qeyd edib ki, Rusiyanın dövlət televiziya kanalları Ermənistan hakimiyyətini ən nalayiq sözlərlə təhqir edir, sistemli şəkildə cəmiyyəti ona qarşı qoymağa çalışır:

“Həmçinin Ermənistanın suverenliyini, müstəqilliyini və hətta mövcudluğunu şübhə altına alırlar, mövcud konstitusiya quruluşuna qarşı faktiki olaraq nümayişlərə çağırış edilir, Ermənistan hüquq-mühafizə orqanlarının əməkdaşlarının öz ölkələrinin qanunları çərçivəsində hərəkətləri açıq şəkildə pislənilir, siyasi proseslərdən tutmuş milli simvollara qədər Ermənistanın daxili həyatının bütün sahələrinə müdaxilə edilir.

Moskvalı həmkarlarıma təklif edirəm ki, heç olmasa bir dəqiqəlik əks vəziyyəti təsəvvür etsinlər.

Bunlar Ermənistanın dövlət televiziya kanallarında olsa nə deyərdiniz?

– Aparıcılar Rusiya prezidentini (Vladimir Putin) və rəhbərliyini təhqir edirlər;

- Rusiya Federasiyasının ərazi bütövlüyünü müzakirə edirlər və deyirlər ki, Rusiya mövcud olmamalıdır;

- Rusiya ordusunun hərəkətlərini tənqid edən materiallar tirajlanır;

– Rusiya vətəndaşlarına qarşı başlanmış cinayət işləri təhlil edilir.

Bəli, hörmətli siyasətçilər, senatorlar, teleaparıcılar, deputatlar, şərhçilər və publisistlər, Rusiya telekanallarının ekranlarından hər gün vətəndaşlarımız bunları görürlər.

Rusiya-Ermənistan münasibətlərini məhv edən məhz budur – nə Qərb, nə də erməni xalqı və siyasətçiləri. Beləliklə, adi klişelər və ifritə ovları əvəzinə nəhayət özünüzə bir, amma dürüst sual verməyə çalışın: “Niyə?”.

Bu dayandırılmalıdır, ya siz dayandırın, ya da biz dayandıracağıq”.

Xatırladaq ki, Alen Simonyan iyulun 1-də Rusiya dövlət telekanallarının Ermənistanda yayımının dayandırılması barədə ciddi düşünməyin vaxtının çatdığını açıqlamışdı.


Geri qayıt