Əsas Səhifə > Güney Press > Sabiq nazir Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
Sabiq nazir Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilibBu gün, 14:33 |
Sabiq ədliyyə naziri Fikrət Fərrux oğlu Məmmədov “Şərəf” ordeni ilə təltif edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla F.Məmmədov bu mükafata ədliyyə və məhkəmə orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə layiq görülüb. Qeyd edək ki, F.Məmmədov 2000-2024-cü illər ərzində ədliyyə naziri olub. Hazırda Konstitusiya Məhkəməsinin hakimidir. Sabah, iyulun 1-i onun 70 yaşı tamam olur. Geri qayıt |