Əsas Səhifə > Güney Press > “Eurofighter” qırıcılarının Türkiyəyə satışı ilə bağlı Britaniyadan açıqlama
“Eurofighter” qırıcılarının Türkiyəyə satışı ilə bağlı Britaniyadan açıqlamaBu gün, 09:15 |
Böyük Britaniya xarici işlər naziri Devid Lemmi “Eurofighter Typhoon” qırıcılarının Türkiyəyə satışı ilə bağlı danışıqların müsbət nəticələnəcəyinə əmin olduğunu bildirib. Teleqraf xəbər verir ki, o, bu barədə Türkiyə KİV-ə açıqlamasında deyib. “Eurofighter Typhoon” təyyarələrinin Türkiyəyə mümkün ixracı ilə bağlı irəliləyiş əldə etməyə davam edirik və əminik ki, “Eurofighter” konsorsiumunun dörd tərəfdaşı da bu satışı dəstəkləyəcək”, - nazir qeyd edib. Lemminin fikrincə, Eurofighter-lərin Türkiyəyə satışı NATO-nun əsas müttəfiqləri arasında onilliklər ərzində formalaşmış dostluq əlaqələrini gücləndirəcək. Xatırladaq ki, “Eurofighter” konsorsiumuna Britaniya ilə yanaşı, Almaniya, İtaliya və İspaniya daxildir. Geri qayıt |