Əsas Səhifə > Güney Press > Rus icmasının sədr müavini heyrət içində
Rus icmasının sədr müavini heyrət içindəBu gün, 07:23 |
Bu sözləri Azərbaycanın Rus İcması sədrinin birinci müavini, politoloq Anastasiya Lavrina Globalinfo.az-a açıqlamasında deyib. “Mən hüquqşünas deyiləm, amma bir insan kimi dövlət orqanı nümayəndələrinin güc tətbiq etməsinin insan tələfatına səbəb olması ilə barışa bilmirəm. Qanun və asayiş dövlətçiliyin tərkib hissəsidir. Amma cinayətə qarşı mübarizə hüquqi müstəvidən kənara çıxan üsullarla aparıldıqda bu, yolverilməzdir. Mən əslən azərbaycanlıyam, burada rus mədəniyyəti, dili və adət-ənənələri həmişə ictimai həyatın bir hissəsi olub. Burada müxtəlifliyə dəyər verilir, hörmət edilir və bu hörmət də göstəriş xatirinə deyil – o, təfərrüatda özünü göstərir: təhsil sistemində, mədəniyyət siyasətində, insanlar arasında gündəlik münasibətlərdə. Ona görə də hazırda Rusiyada Azərbaycan əsilli vətəndaşlara münasibətdə baş verənləri qavramaq xüsusilə çətindir”. A.Lavrina qeyd edib ki, Bakıdan Qroznıya uçan və Aktauda qəzaya uğrayan təyyarə faciəsindən sonra da xeyli sual cavabsız qalıb: “İnsan itkisinə susmaqla reaksiya verilməsi təhlükəli həyasızlığın əlamətidir. Ümid edirəm ki, Yekaterinburqda yaranmış vəziyyət hərtərəfli və vicdanla araşdırılacaq. Siyasi xal qazanmaq üçün yox, hesabat vermək xatirinə yox – ədalətin bərpası və yeni faciələrin qarşısının alınması naminə! İnsan həyatına hörmət və ikili standartlardan imtina edilməsi bir xoş niyyət jesti deyil. Bu, sabit gələcəyin əsasını təşkil edir”. Geri qayıt |