Əsas Səhifə > Güney Press > Qərbin ikili standartları Ermənistandakı son hadisələrdə də özünü göstərdi

Qərbin ikili standartları Ermənistandakı son hadisələrdə də özünü göstərdi


Dünən, 16:36

Ermənistandakı son hadisələr göstərdi ki, qərbin mövqeyi insan haqları, demokratiya məsələləri deyil, Qərbin ikili standartları Ermənistandakı son hadisələrdə də özünü göstərdi.

Bunu "Report"a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

Onun sözlərinə görə, Ermənistanda hakimiyyət və dini, o cümlədən siyasi qüvvələr arasında qarşıdurma müxtəlif mərhələlərdən keçsə də, hazırda kifayət qədər gərgin fazaya daxil olub:

Z.Oruc qeyd edib ki, İkinci Qarabağ savaşı bu bölgənin geo-siyasətində kəskin dəyişikliyə səbəb olub. Burada Qərb dövlətlərinin mənafeləri xeyli sıxışdırılaraq çıxarılıb:

"Əvəzində onlar çalışırlar ki, Paşinyanı himayə etsinlər. Ona maliyyə, siyasi dəstək göstərilməsi buradan qaynaqlanır. Hər hansı bir dini etiqad adı altında müxtəlif xarici ölkələrin kəşfiyyat dairələrinə xidmət edən qüvvələrlə bağlı Azərbaycan dövləti, hüquq-mühafizə orqanları addımlar atdıqda, sistemli olaraq Azərbaycan əleyhinə, Avropa Parlamentində, Avropa Şurasında, o cümlədən onların inhisarında olan beynəlxalq mediada, USAİD kimi əlaqəli qurumlar üçüncü sektor vasitəsilə ölkələrin iç işlərində iştirak edirlər. Ermənistandakı vəziyyətə "dözümlü" yanaşmasının səbəbi ilk olaraq Rusiya amilidir. Əgər onlar təzyiq göstərərlərsə, Paşinyanın resursu qalmaz, təzədən Rusiya mövqeyinə qayıdar. Yaxud da Rusiyayönümlü qüvvələr qalib gələrsə, bu, Qərbin mənafelərinə zərbə olar".

Deputat bildirib ki, ikinci amil Azərbaycanla bağlıdır. Azərbaycan müharibədə də qalib gəldiyi kimi regionun siyasətini diktə eləyir. Onun sözlərinə görə, Qərb bilir ki, bu halda Paşinyanın mövqeyi daha da zəifləyər.

Onun fikrincə, üçüncü amil dinlə bağlı məsələdir:

"Nə qədər ki, Amerika və Qərb dairələrindən dini əlaqələr mövcuddur, bu kampaniyaları həyata keçirən qüvvələr Kreml və onun çevrəsində olan dairələrlə əlaqəli olduğuna görə Eçmiədzini siyasi hakimiyyətin üzərinə qaldırmaq, Paşinyanı sıxmaq mövqeyindən daşınırlar. Qərbin mövqeləri, insan haqları, demokratiya məsələləri deyil, hansı ki, Paşinyanı dəfələrlə demokratiya sammitlərinə qoşurlar onu bu bölgənin guya demokratiya adası kimi qələmə verirlər".


Geri qayıt