Əsas Səhifə > Güney Press > Erməni apostol kilsəsinin arxiyepiskopu barəsində cinayət işi açılıb
Erməni apostol kilsəsinin arxiyepiskopu barəsində cinayət işi açılıbDünən, 17:14 |
Ermənistan prokurorluğu erməni apostol kilsəsinin Şirak yeparxiyasının rəhbəri arxiyepiskop Mikael Açapaxyan barəsində cinayət işi açıb. “Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildirilib. Din xadimi hakimiyyəti ələ keçirməyə açıq çağırışlarda ittiham olunur. Qeyd olunub ki, cinayət işi iyunun 17-də Ermənistan Cinayət Məcəlləsinin 422-ci maddəsi (hakimiyyətin zorakılıqla devrilməsinə açıq çağırışlar) ilə açılıb. Geri qayıt |