Əsas Səhifə > Güney Press > Kasparov Cənubi Sudanda dövlət çevrilişinin hazırlanmasında iştirak edib

Kasparov Cənubi Sudanda dövlət çevrilişinin hazırlanmasında iştirak edib


Bu gün, 07:44

Şahmat üzrə sabiq dünya çempionu Harri Kasparov Cənubi Sudanda dövlət çevrilişinin hazırlanmasında iştirak etməkdə şübhəli bilinir.

Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” nəşri məlumat yayıb.

Agentliyin məlumatına görə, Kasparov cənubi sudanlı müxalifətçi Peter Ajakı Uoll-strit maliyyəçisi Robert Qranyeri ilə tanış edib. Bu görüşdən sonra Qranyeri guya ölkədə hakimiyyətin dəyişdirilməsi üçün istifadə edilə biləcək atıcı silahların, qumbaraların və daşınan zenit-raket komplekslərinin alınması üçün 7 milyon ABŞ dolları ayırıb.

Kasparovun özü bu qəsddə iştirakını inkar edir. O, həyatının böyük hissəsini vətəndaş hüquqlarının müdafiəsinə və bütün dünyada demokratiyanın təşviqinə həsr etdiyini bildirib.


Geri qayıt