Əsas Səhifə > Güney Press > Banklarda nağd pul çatışmazlığı yaranıb?

Banklarda nağd pul çatışmazlığı yaranıb?


Bu gün, 18:04

Bu ilin may ayında Mərkəzi Bank tərəfindən keçirilən repo hərracları üzrə cəlb olunan vəsaitin həcmi 1 milyard 700 milyon manat təşkil edib.
Yeniavaz.com
xəbər verir ki, bu göstərici son illərdə qeydə alınan rekord göstərici olub.
Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə repo hərracında 113 dəfə artım olub.
Qeyd edək ki, repo hərracı Mərkəzi Bankla banklar arasında bağlanan bir növ “qısamüddətli borc müqaviləsidir”. Bankların müəyyən vaxt üçün pula ehtiyacı olanda, onlar Mərkəzi Bankdan vəsait alır, qarşılığında isə özlərində olan qiymətli kağızları girov qoyurlar. Müəyyən müddətdən sonra isə həmin pulu geri qaytarır və əlavə olaraq müəyyən faiz ödəyirlər.
May ayında bir həftəlik “borc”un faiz dərəcəsi 7,22% olub. Bu isə onu göstərir ki, banklar pul əldə etmək üçün yüksək faizlə razılaşmağa məcbur olublar. Bu da öz növbəsində bankların nağd pula – yəni likvidliyə ehtiyacının artdığını göstərir.


Geri qayıt