Əsas Səhifə > Güney Press > Qanunsuz olaraq belə işçiləri yüngül işlə təmin etməkdən imtina edirlər...

Qanunsuz olaraq belə işçiləri yüngül işlə təmin etməkdən imtina edirlər...


Bu gün, 09:57

Bu barədə də İşçilərdən - Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatına çoxlu suallar daxil olur. Bir çox hallarda işəgötürənlər: öz sağlamlığını itirmiş, bu barədə əmək qabiliyyətini itirmiş əlillik dərəcəsi almış və əmək qabiliyyətinin məhdud olması barədə Tibbi Sosial - Ekspert Komissiyasının qərarı olmasına baxmayaraq, "Yüngül işimiz yoxdur" bəhanəsi ilə AR Əmək Məcəlləsinin tələblərini pozmaqla, belə işçiləri yüngül işlə təmin etməkdən imtina edir, həmin işçilərlə bağlanmış Əmək müqaviləsini qanunsuz olaraq ləğv edirlər.
"Yüngül işimiz yoxdur"deyən işəgötürənlərbu halda Əmək Məcəlləsinin 231-ci maddəsinin tələblərini pozmuş olurlar və Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə nəzərdə tutulan qaydada: maddi, intizam, inzibati və cinayət cinayət məsuliyyəti daşıyırlar.
Halbuki, AR-nın Əmək Məcəlləsinin 231-ci maddəsinin tələbləri - dispozitiv, yəni, işəgötürənin arzu, iradə və istəyindən asılı olan, yerinə yetirilməsi könüllü olan maddi hüquq norması deyil, yerinə yetirilməsi məcburi olan imperativ maddi hüquq normasıdır.
AR-sı Əmək Məcəlləsinin 231-ci maddəsi: "səhhətinə görə daha yüngül işdə işləməyə ehtiyacı olan işçiləri işəgötürən: onların razılığı ilə tibbi rəyə uyğun olaraq daha yüngül müvafiq işə müvəqqəti və ya daimi keçirməyə borcludur".
İşçi sağlamlığının mühafizəsinin təmin olunması məqsədi ilə səhhətinə mənfi təsir göstərməyən yüngül və əvvəlkinə nisbətən aşağı maaşlı işə keçirilə bilər. Bu halda işçilərin yüngül işə keçirildiyi gündən etibarən bir ay ərzində əvvəlki işi (vəzifəsi) üzrə orta əmək haqqı saxlanılır.
Azər Quliyev
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının
Eksperti - (dia-az.icu)

Geri qayıt