Əsas Səhifə > Güney Press / Ana xəbər > “PAŞA Bank”ın departamentinə direktor təyin edildi

“PAŞA Bank”ın departamentinə direktor təyin edildi


Dünən, 13:02

İlham Hüseynov “PAŞA Bank” ASC-nin yeni yaradılmış Hüquqi məsələlər departamentinin direktoru təyin olunub.

Bu barədə Banker.az-a Bankdan bildirilir.

İlham Hüseynov 1989-cu ildə Bakı şəhərində anadan olmuşdur. Hüquq təhsilini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında tamamlamış (2006-2010), daha sonra beynəlxalq hüquq üzrə magistratura və doktorantura təhsili alaraq qlobal hüquqi sistemlər, maliyyə və bank sahəsində beynəlxalq tənzimləmə üzrə ixtisaslaşmışdır.

Hüquq karyerasına Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hüquqi təminat xidmətində zabit kimi başlamış, 2010–2012-ci illərdə hərbi hüquqşünas kimi xidmət etmişdir. Hazırda ehtiyatda olan zabitdir. 2012-ci ildən maliyyə sektorunda çalışır. Karyerasına xarici investisiyalı AccessBank QSC-də hüquqşünas kimi başlayıb. 2014-cü ildən PAŞA Bank komandasına qoşulub. Bu illər ərzində hüquq komandasında müxtəlif vəzifələrdə – aparıcı hüquqşünas, baş hüquqşünas, hüquq üzrə ekspert və şöbə rəhbəri kimi fəaliyyət göstərib. Departament direktoru kimi o korporativ hüquqi təminat, məhkəmə işləri və qərarların məcburi icrasına məsul olacaqdır.

İ.Hüseynov bir sıra yerli və beynəlxalq təlimlərdə və konfranslarda iştiram edərək maliyyə və bank hüququ, qiymətli kağızlar bazarının tənzimlənməsi, beynəlxalq arbitraj, müqavilə münasibətləri və məhkəmə təcrübəsi üzrə ixtisaslaşmışdır.

Beynəlxalq miqyasda qəbul olunan və layihə liderliyi sahəsində qlobal standart sayılan Project Management Professional (PMP®) sertifikatına malikdir. Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvüdür. Həmçinin Kollegiyanı dünyanın aparıcı hüquq platformalarından biri olan Beynəlxalq Hüquqşünaslar Assosiasiyasında (UIA) rəsmi olaraq təmsil edir. Eyni zamanda ADA Universitetində “Maliyyə bazarları hüququ” fənnini tədris edir.


Geri qayıt