Əsas Səhifə > Güney Press > Əhməd Orucun oğlunun qəfil ölümünün təfərrüatı məlum oldu
Əhməd Orucun oğlunun qəfil ölümünün təfərrüatı məlum olduBu gün, 11:24 |
Fəaliyyəti dayandırılan Azadlıq Partiyasının sədri Əhməd Orucun oğlu Günxanın qəfil ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Ailə üzvlərinin Qaynarinfo-ya verdiyi məlumata görə, 35 yaşlı Günxanın qəfil ölümünə səbəb damarlarındakı tromblaşma olub:
"Günxan şəkər xəstəsi idi. Uzun müddət bu xəstəlikdən əziyyət çəkirdi. Sən demə, onunla yanaşı, damarlarında qan laxtaları olub. Yəni, tromblaşma yaranıbmış. Onun ölümünün əməliyyatla heç bir əlaqəsi olmayıb. Həkimlər nə qədər səy göstərsələr də, qan ürəyə çatmayıb".
Qeyd edək ki, Günxan evli və iki uşaq atası olub.
Geri qayıt |