Əsas Səhifə > Güney Press > Qətər öz hava məkanını bağlayıb
Qətər öz hava məkanını bağlayıbDünən, 20:47 |
Əməliyyat Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 35A ünvanında yerləşən klinikada həyata keçirilib. Ana bildirir ki, əməliyyatdan sonra qulaq sarğısı açıldıqda qızının qulağının üst hissəsi qaralmış və çürümüş vəziyyətdə olub. Lakin həkim və onun köməkçiləri bu vəziyyəti sadə bir qan yığılması kimi izah edərək, müxtəlif mazlarla keçəcəyini bildiriblər. Ananın sözlərinə görə, bu müddət ərzində həkimlə birbaşa əlaqə saxlamaq mümkün olmayıb, yalnız köməkçidən məlumat almağa məcbur qalıblar. Qızın vəziyyəti getdikcə pisləşib və sonda həkim Günel Məmmədli qulağın nekroz olmuş hissəsini yerli keyitmə ilə soyaraq tikib. Valideynə isə gələcəkdə dəri köçürülməsi ediləcəyi deyilib. Hadisənin nəticəsində azyaşlı Ahu-nun qulağı deformasiyaya uğrayıb, bu da onun həm fiziki, həm də psixoloji sağlamlığına ciddi təsir göstərib. Ana bildirib ki, Bakıda bir neçə həkimin qəbulunda olsalar da, heç biri bu vəziyyətə müdaxilə etməyə risk etməyib. Türkiyədə fəaliyyət göstərən və bu sahədə ixtisaslaşmış cərrah Dr. Mutaf, Ahu-nun vəziyyətinə uyğun iki mərhələli əməliyyatın 20 min ABŞ dollarına başa gələcəyini bildirib. Lakin ailənin maddi imkanı bu xərci qarşılamır. Ana bildirir ki, məsuliyyətsiz və səhlənkar tibbi müdaxilə nəticəsində həm qızının, həm də ailəsinin 3 illik psixoloji travmaya məruz qaldığını, uşağın sosial həyatda komplekslərlə qarşılaşdığını və ətrafında “kəsik qulaq” deyə çağırıldığını qeyd edir. Valideyn hüquq-mühafizə orqanlarına müraciət edərək, Günel Məmmədli və klinika rəhbərliyinin məsuliyyətə cəlb olunmasını, əməliyyatın səhv icrası nəticəsində yaranan zərərin kompensasiya edilməsini və qızının gələcək həyatına mənfi təsirlərin aradan qaldırılması üçün hüquqi tədbirlərin görülməsini tələb edir. Geri qayıt |