Əsas Səhifə > Güney Press > Bakıda çimərliyi olan məşhur hotel satışa çıxarıldı
Bakıda çimərliyi olan məşhur hotel satışa çıxarıldıBu gün, 17:20 |
Paytaxtın Qaradağ rayonu, Salyan şossesinin 15-ci km-də, dənizin sahilində yerləşən məşhur “Mavi Dalga Beach” satışa çıxarılıb. İqtisadiyyat.az xəbər verir ki, iki hektar əraziyə malik olan iaşə müəssisəsi 4,5 milyon manata təklif olunur. Obyekt 60 otaqlı, üç mərtəbəli hotel binasına, iki quru anbara, qapalı və açıq havada restorana, eləcə də çimərlik ərazisinə malikdir. Qapalı restoranı 300 stoldan ibarətdir. Çimərlik ərazisi isə 150 nəfərlik oturum üçün salınıb. Çimərliyin barı, oturacaqları, hovuzu, saunası ,paltardəyişmə otaqları da mövcuddur. Ərazidə tikinti üçün yararlı əlavə 1000 kv. metrlik sahə də mövcuddur. Geri qayıt |