Əsas Səhifə > Güney Press > İranda “Mossad”la əlaqəli casus saxlanıldı
İranda “Mossad”la əlaqəli casus saxlanıldıDünən, 18:01 |
İran polisi ölkənin Robat-Kərim şəhəri yaxınlığında yerləşən Parənd bölgəsində İsrailin “Mossad” kəşfiyyat xidməti ilə birbaşa əlaqəsi olan şəxsi saxlayıb. Musavat.com xəbər verir ki, bu barədə məlumatı “Tasnim” agentliyi yayıb. Bildirilib ki, saxlanılan şəxs xaricdən aldığı təlimatlar əsasında sosial şəbəkələrdə, xüsusilə Instagram platformasında anti-iran yönümlü video və materiallar hazırlayaraq yayırmış. Məqsəd ölkədə ictimai sakitliyi pozmaq və daxili sabitliyi sarsıtmaq olub. İran təhlükəsizlik qüvvələrinin məlumatına görə, agentin müəyyənləşdirilməsi həm onlayn, həm də fiziki izləmə vasitəsilə aparılıb və ani reyd nəticəsində şübhəli şəxs nəzarət altına alınıb. Onun İsrailin kəşfiyyat qurumu ilə “birbaşa rabitədə” olduğu qeyd olunur. Qeyd edək ki, son aylarda İran rəsmiləri ölkə daxilində xarici xüsusi xidmət orqanlarına işləyən şəxslərin aşkarlandığını və bu kimi fəaliyyətlərin qarşısının alınmasında ciddi tədbirlər görüldüyünü dəfələrlə bəyan ediblər. Geri qayıt |