Əsas Səhifə > Güney Press / Ana xəbər > EKSPERTLİK MƏRƏZİ...

EKSPERTLİK MƏRƏZİ...


Bu gün, 09:10

"Ekspert" adını mənasız edən, bu nifrət dolu görüntü yarasan "Ekspert"lərimiz də olduqça çoxalıb.
Bu şəxsləri "Ekspert" kimi telekanallara dəvət etmək və tamaşaçıların əsəbləri ilə oynamaq nə dərəcədə doğrudur? Özümüzdən asılı olmayaraq hər birimiz buverilişlərə baxmağa məcbur oluruq.
1. Ümimiyyətlə, belə sosial (şou) verilişlərə dəvət alan "ekspertlərin": ekspert kimdir və ya ekspert kimi hansı səlahiyyətlərə malik olmasından xəbərləri və ya anlayışları varmı? İzah edirəm:
2. Ekspert: xüsusi biliyə malik, zəruri texniki və sair bilik və düşüncəyə malik olan bitərəf şəxsdir.
3. Ekspert vəkil deyil və vəkil qismində çıxış edə bilməz. Verilişdə "Ekspert" kimi çıxış edən "Ekspert"lər özlərinin iştirak etdiyi televiziya verilişlərinə öz müştərilərini dəvət edib, özləri isə "Ekspert" qismində iştirak edə bilməzlər.
4. Ekspert: qarşısına qoyulan suallar barədə obyektiv rəy verməyə borcludur. Ekspert onun üzərinə qoyulan vəzifəni yerinə yetirmək üçün zəruri biliyə malik olmadıqda, rəy verməkdən və ya danışmaqdan imtina etməlidir.
5. Əksər hallarda belə verilişlərə dəvət alan "ekspertlər" qarşısında olan insanlar barədə: qərar və hökm verir, onları cinayət törətmiş şəxslər hesab edir, onları aşağılayır və təhqir edir, alçaldır, onlara mənəvi və fiziki hücum edir. Halbuki:
6.Azərbaycan Respublikası Qanunvericiliyinə əsasən: Hər kəsin-təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, həmin şəxs təqsirsiz sayılır.
7. Çıxış və rəylərindən də görünür ki, bu "ekspertlərin" əksəriyyətinin mübahisəli mövzu barədə, ümumiyyətlə hər hansı bir bilik, bacarıq və peşəkarlıqlara malik deyillər.
8. Bu "ekspertlərin" əksəriyyətinin: səbr və ya dözümü yoxdur, qarşı tərəfə qarşı kinli, aqressivdir, qarşı tərəfi dinləmək belə istəmir, qarşı tərəfə danışmaq imkanı vermir, birtərəfli mövqe tutur, əsəbi və psixoloji problemləri var. Bu cür mənfi xüsusiyyətlərə malik olan şəxs necə başqası haqqında rəy verə bilər?
9. Bəzən izləməyə məcbur olduğumuz sosial şou xarakterli bir verilişdə də: özünü QHT sədri kimi təqdim edən, QHT kimi heç bir fəaliyyəti, hüquq savadı olmayan bir xanım "ekspert" də qarşısındakı insanı ən pis formada təhqir edir və alçaltmağa çalışırdı, onu və qardaşını cinayət törətmiş şəxs hesab edir, özünü sanki sosial verilişə deyil, birtərəfli qaydada, qaydasız döyüşdə hesab edirdi. Özü də bu qanunsuz hərəkətlərini aparıcının gözü qarşısında və xeyir duası ilə edirdi.
10. Bu cür *ekspertlər" yaddan çıxarırlar ki, onlar nə ittiham irəli sürən prokuror, nə də qərar və ya hökm verən məhkəmə hakimləri də deyillər, onların belə bir səlahiyyəti də yoxdur, belə hərəkətləri isə onlar üçün məsuliyyət yaradır.
11. Bu tip "ekspertlərin" çıxış, rəyləri, özlərini aparma forması, əslində onlara qarşı məhkəmə qaydasında iddia qaldırmaq üçün də əsas verir.
12.Çox təəssüf ki, bu çür "ekspertlər" içərisində, bilməli olduqları halda bilməyən, bilsə də yalnış və hüquqsuz yol tutan vəkil və hüquqşünaslarımız da az deyil. Allah heç kimin yolunu bu tipli verilişlərə və "ekspertlərə" qismət etməsin.
Azər Quliyev
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının
Eksperti - (dia-az.icu)

Geri qayıt